"Xiaomi" şirkəti keçən ilin sentyabr ayında Avropa bazarında "Watch 2 Pro" smart saatını təqdim etmişdi. İndi isə şirkət onun adi versiyasının təqdimatına hazırlaşır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, söhbət, "Xiaomi Watch 2"dən gedir. Məlumata əsasən "Xiaomi Watch 2" smart saatı 46 mm ölçülü gövdəyə sahib olacaq və 466x466 piksel keyfiyyətli 1.43 düym AMOLED ekranla təchiz olunacaq. Ekran üstəlik Always-on-Display funksiyasını dəstəkləyəcək.
Məlumatda qeyd edilib ki, şirkətin bu yeni smart saatı Snapdragon Wear W5+ Gen 1 prosessoru vasitəsilə çalışmalı və WearOS əməliyyat sistemini əldə etməlidir. "Xiaomi Watch 2"nin gövdəsinin sudan və tozdan qorunacağı gözlənilir. Smart saat istifadəçi səhhətinin müəyyən göstəricilərini ölçə biləcək və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipə sahib olacaq. Smart saatda LTE dəstəyinin olacağı gözlənilmir. Çox güman ki, Xiaomi Watch 2 bu ayın sonunda keçiriləcək MWC 2024 sərgisində təqdim olunacaq.