Misli Premyer Liqasında XXII turun daha iki oyunu bu gün keçiriləcək.
"Report"un məlumatına görə, ilk olaraq "Neftçi" "Şamaxı"nın qonağı olacaq.
Şamaxı şəhər stadionundakı qarşılaşma saat 14:30-da start götürəcək. "Ağ-qaralar" 30 xalla 7-ci, bölgə təmsilçisi 25 xalla 8-ci pillədə qərarlaşıb.
Günün ikinci qarşılaşmasında "Qəbələ" "Karvan-Yevlax"ı sınağa çəkəcək. Qəbələ şəhər stadionundakı matç saat 17:00-da başlayacaq. Meydan sahibləri 15 xalla 11-ci, qonaqlar 6 xalla 12-ci sıradadır.
Misli Premyer Liqası
II dövrə, XXII tur
28 fevral
14:30. "Şamaxı" – "Neftçi"
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu
17:00. "Qəbələ" – "Karvan-Yevlax"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov
VAR: Vüqar Həsənli
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib.