"Formula 1" üzrə ikiqat dünya çempionu Fernando Alonso 50 yaşına kimi avtoidmanda yarışa biləcəyini söyləyib.
"Report" "The Race" nəşrinə istinadən xəbər verir ki, iyulda 43 yaşı tamam olacaq təcrübəli sürücü bunun motivasiyadan asılı olduğunu bildirib.
"Bir neçə il əvvəl deyərdim ki, 41 və ya 42 yaş mənim üçün həddir. Amma keçən il anladım ki, hətta o yaşda da motivasiyalı və rəqabətli ola bilərsən. Düşünürəm ki, daha bir neçə il çıxış edə bilərəm. Motivasiya varsa, 48-49, hətta 50 yaşına kimi də çıxış edə bilərəm", - Alonso vurğulayıb.
Onun sözlərinə görə, "Formula 1"də mübarizə aparmaq üçün əlindən gələni etməli və çox fədakarlıq göstərməlisən: "Amma belə sıx təqvimlə 50 yaşında çıxış etmək istəyəcəyimi bilmirəm. Söhbət yaş və bacarıqlarla bağlı deyil, mənim həyatda başqa şeylərlə maralanmağıma aiddir".
Bizim WhatsApp kanalımıza abunə olun