IMG-LOGO

Andrey Demçenko: "Zirə" ilə oyunda öz səhvimizdən qol buraxdıq"

27 Feb 2026 21:08 4 baxış
IMG

"Araz-Naxçıvan" Misli Premyer Liqasının XXII turunda "Zirə"yə qarşı matçda öz səhvindən qol buraxıb.

"Report" xəbər verir ki, bunu Naxçıvan kollektivinin baş məşqçisi Andrey Demçenko sözügedən oyundan sonra mətbuat konfransında deyib.

O, məğlub olduqları qarşılaşmanı şərh edib:

"Pis oynamadıq. Qol vurmaq, qələbə qazanmaq üçün yaxşı imkanlarımız oldu. Ancaq futbolda "vurmayana vurarlar" deyimi var. Təbii ki, səhvimizdən qol buraxdıq. Ancaq meydanda daha yaxşı, istəkli komandamız var idi".

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Zirə" oyunu qonaq komandanın 1:0 hesablı qələbəsi ilə bitib.

Xəbər lenti