IMG-LOGO

Azərbaycanın minifutbol millisinin Avropa çempionatının final mərhələsindəki rəqibləri bəlli olub

27 Feb 2026 20:46 3 baxış
IMG

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqibləri bəlli olub.

"Report"un məlumatına görə, püşkatma mərasimi Slovakiyanın paytaxtı Bratislavada keçirilib.

Püşkatma zamanı birinci səbətdə yer alan Azərbaycan komandası F qrupunda Fransa, İtaliya və Avstriya yığmalarına rəqib olub.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək Bratislavada təşkil olunacaq.

Xəbər lenti