IMG-LOGO

Premyer Liqa: "Zirə" səfərdə "Araz-Naxçıvan"a qalib gəlib

27 Feb 2026 19:52 3 baxış
IMG

Misli Premyer Liqasının XXII turunda "Zirə" səfərdə "Araz-Naxçıvan"a qalib gəlib.

"Report"un məlumatına görə, "Liv Bona Dea Arena"da baş tutan qarşılaşmada "qartallar" 1:0 hesablı qələbə qazanıblar.

67-ci dəqiqədə Ayron Qomis meydan sahiblərini cəzalandırıb.

"Zirə" bu qələbə ilə xallarının sayını 38-ə çatdırıb və turnir cədvəlinin dördüncü sırasında qərarlaşıb. "Araz-Naxçıvan" isə 33 xalla beşincidir.

Qeyd edək ki, turun açılış matçında "Kəpəz" "Sumqayıt"a (3:0) qalib gəlib. Tura martın 1-də yekun vurulacaq.

Xəbər lenti