IMG-LOGO

"Kəpəz"in baş məşqçisi Azər Bağırov: "İstədiklərimiz meydanda həyata keçdi"

27 Feb 2026 17:36 4 baxış
IMG

"Kəpəz" komandasının "Sumqayıt"la oyunda istədikləri meydanda həyata keçib.

"Report" xəbər verir ki, bu barədə Gəncə klubunun baş məşqçisi Azər Bağırov mətbuat konfransında bildirib.

Mütəxəssis "gənclik şəhəri" təmsilçisinə 3 cavabsız qolla qalib gəldikləri Misli Premyer Liqasının XXII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bu qələbəni onlara həsr edirik. Məncə, maraqlı oyun alındı. Bu gün istədiklərimiz meydanda həyata keçdi. Uşaqları təbrik edirəm. Önümüzə baxacağıq".

A.Bağırov futbolçuların motivasiyalı olduğunu söyləyib:

"Sabah"la matçın son dəqiqələrində 1 xalı əldən verdik. Bəlkə də həmin oyundan motivasiya qaynaqlanmışdı. Futbolçular məsuliyyətin ağırlığını hiss edərək meydana çıxmışdılar. Rəhbərlik komandaya yaxşı motivasiya verir. Bütün oyunlara maksimum nəticə üçün çıxırıq. "Turan Tovuz"la kubokun ilk matçında meydana daha çox yerli futbolçu buraxmışdıq. Hamıya elə gəldi ki, kubokda yarışmaq istəmirik. Həm çempionatda, həm də kubokda bacardığımız qədər irəli getmək istəyirik".

Xəbər lenti