Xəstəxanaya yerləşdirilən Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyevin son durumu bəlli olub.
Bu barədə "Report"a 51 yaşlı keçmiş hücumçunun ailəsindən məlumat verilib.
İnsult keçirən Vasilyev hazırda reanimasiyadadır. Onun vəziyyətinin stabil-ağır olduğu bildirilib.
Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.
Bizim Telegram kanalımıza abunə olun