IMG-LOGO

Azərbaycan klubları avrokuboklarda 48 qolluq rekordunu təkrarlayıb

27 Feb 2026 12:54 2 baxış
IMG

Azərbaycan klubları cari mövsümdə avrokuboklardakı rekordunu təkrarlayıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ölkə təmsilçiləri 2025/2026 mövsümündə 48 qol vurmaqla buna nail olub.

Qollardan 31-i "Qarabağ"ın payına düşüb.

2023/2024 mövsümündə də 48 qolluq məhsuldarlıq rekordu qeydə alınmışdı.

Qeyd edək ki, "Qarabağ" cari mövsüm UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"a uduzmaqla (1:6, 2:3) mübarizəni dayandırıb.

Xəbər lenti