“Lenovo” tamamilə şəffaf displeyli noutbuk təqdim etməyə hazırlaşır.
Lent.az “Windows Report”a istinadən bildirir ki, noutbukda işıq cihazın ön hissəsindən keçəcək və kompüteri bağladığınız zaman klaviatura yeni displey vasitəsilə aydın görünəcək.
Hələ ki, cihazın şəffaf matrisə malik olmasının səbəbi deyilməyib. “Lenovo” noutbukun özəlliklərini fevralın 26-dan 29-dək Barselonada keçiriləcək “Mobile World Congress 2024” (MWC) sərgisində izah edəcək.
“Windows Report”un əldə etdiyi görüntülərə əsasən, yeni kompüter düz çərçivəli metal korpusa, böyük sensor panelə və ekran üçün qara arxaya malikdir.