UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
"Report"un məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.
Pükatma mərasimi bu gün, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Bu raundda Liqa mərhələsini ilk "8-lik"də başa vuran komandalar və pley-offun qalibləri iştirak edəcəklər.
Liqa mərhələsinin ilk "8-liy"i: "Strasburq" (Fransa), "Rakuv" (Polşa), AEK (Yunanıstan), "Sparta" (Çexiya), "Rayo Valyekano" (İspaniya), "Şaxtyor" (Ukrayna), "Maynts 05" (Almaniya), AEK (Larnaka, Kipr).
Pley-off mərhələsinin qalibləri: "Kristal Pelas" (İngiltərə), "Lex" (Polşa), "Samsunspor" (Türkiyə), "Sele" (Sloveniya), AZ (Alkmar, Niderland), "Fiorentina" (İtaliya), "Riyeka" (Xorvatiya), "Siqma" (Çexiya).
Qeyd edək ki, bu raundun matçları nartın 12-si və 19-da keçiriləcək.

