IMG-LOGO

Şəmkirdə avtomobil 52 yaşlı piyadanı vuraraq öldürüb

27 Feb 2026 08:35 2 baxış
IMG

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Şəmkir rayon ərazisində 1974-cü il təvəllüdlü İmamməddin Cəfərovu "VAZ" markalı avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti