IMG-LOGO

Minifutbol üzrə Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək

12 Feb 2024 23:55 218 baxış
IMG

Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

"Report" xəbər verir ki, yarış 30 aprel - 1 may tarixlərində təşkil olunacaq.

Turnirdə millimizlə yanaşı, son dünya çempionu Rumınya, Bosniya və Herseqovina, Albaniya və Monteneqro komandaları iştirak edəcəklər.

Yığmamızın turnirdən əvvəl Monteneqronun Herseq Novi şəhərində 1 həftəlik təlim-məşq toplanışı nəzərdə tutulub.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti