UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları baş tutub.
"Report" xəbər verir ki, matçlardan sonra 1/8 finala adlayacaq komandalar müəyyənləşib.
Türkiyənin "Fənərbağça" klubu İngiltərədə "Nottinqem Forest"in qonağı olub.
Almaniyanın "Ştutqart" komandası isə öz meydanında Şotlandiya təmsilçisi "Seltik"lə üz-üzə gəlib.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunları
26 fevral
21:45. "Ferentsvaroş" (Macarıstan) – "Ludoqorets" (Bolqarıstan) – 2:0
İlk oyun – 1:2
21:45. "Viktoriya" (Çexiya) – "Panatinaikos" (Yunanıstan) – 1:1
İlk oyun – 2:2
21:45. "Ştutqart" (Almaniya) – "Seltik" (Şotlandiya) – 0:1
İlk oyun – 4:1
21:45. "Srvena Zvezda" (Serbiya) – "Lill" (Fransa) – 0:2
İlk oyun – 1:0
00:00. "Genk" (Belçika) – "Dinamo" (Xorvatiya) -1:3
İlk oyun – 3:1
00:00. "Selta" (İspaniya) – PAOK (Yunanıstan) -1:0
İlk oyun – 2:1
00:00. "Nottinqem Forest" (İngiltərə) – "Fənərbağça" (Türkiyə) -1:2
İlk oyun – 3:0
00:00. "Bolonya" (İtaliya) – "Brann" (Norveç) – 1:0
İlk oyun – 1:0
Qeyd edək ki, daha əvvəl "Portu", "Braqa" (hər ikisi Portuqaliya), "Midtyullann" (Danimarka), "Betis" (İspaniya), "Frayburq" (Almaniya), "Lion" (Fransa), "Roma" (İtaliya) və "Aston Villa" (İngiltərə) 1/8 finala vəsiqə qazanıb.