Cəlilabad rayon sakini Bakıda yol-nəqliyyat hadisəsində ölüb.
"Report"un Muğan bürosunun məlumatına, rayonun Privolnoye kənd sakini Cavid Qəniyev yolu keçərkən avtomobil onu vurub.
C.Qəniyev ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Faktla bağlı araşdırma aparılır.