Bakıda evdən kişi meyiti tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq sovxozunda baş verib.
Qəsəbə sakini 44 yaşlı Saday Əhrulla oğlu Məmmədovun meyiti yaşadığı evdə aşkarlanıb. Onun hansı səbəblə öldüyü isə bilinmir.
Araşdırma aparılır.
Qeyd edək ki, bu gün Xətai rayonunda da evin həyətindən kişi meyiti tapılması barədə xəbər vermişdik.
Hadisələr