Madridin “Real” klubu ardıcıl 29-cu dəfə Çempionlar Liqasının 1/8 finalına yüksəlib.
Lent.az xəbər verir ki, fevralın 25-də “kral klubu” Çempionlar Liqasının cavab pley-off oyununda Lissabonun “Benfika”sını məğlub edib. “Real” sonuncu dəfə 1996/97 mövsümündə, UEFA Kubokunda iştirak edərkən 1/8 finala yüksələ bilməyib. Həmin vaxtdan bəri madridlilər hər il Çempionlar Liqasının qrup mərhələsində iştirak edir və mütləq şəkildə turnirdə 16 komandanın qaldığı mərhələyə qədər irəliləyirlər.
Turnir tarixində heç bir klub ardıcıl 29 dəfə 1/8 finala çıxmayıb.
Xatırladaq ki, Madrid şəhərindəki “Santyaqo Bernabeu” stadionunda keçirilən “Real” – “Benfika” görüşü 2:1 hesabı ilə başa çatıb. Hesabı 14-cü dəqiqədə Rafael Silva ilə Lissabon klubu açıb. “Real” iki dəqiqə sonra Orelien Tçuameni ilə hesabı bərabərləşdirib. Madridlilərin qələbə qolunu 8-ci dəqiqədə Vinisius Junior vurub. “Real”ın hər iki qolunda məhsuldar ötürməni Federiko Valverde verib. 32-ci dəqiqədə “Real”ın heyətində Arda Güler fərqlənsə də, onun qolu ləğv edilib.
İdman xəbərləri Çempionlar Liqası “Real Madrid”