IMG-LOGO

Sörlot Osimheni qabaqlayaraq Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib

26 Feb 2026 18:42 5 baxış
IMG

İspaniyanın "Atletiko" klubunun futbolçusu Aleksandr Sörlot azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu pley-off mərhələsinin cavab oyununda "Brügge" (Belçika) ilə keçirilən görüşdə (4:1) het-trik edərək komandasının qələbəsində əsas pay sahibi olub.

Qeyd edək ki, norveçli futbolçu səsvermədə Yens Petter Hauqe ("Budyo Qlimt"), Orelyen Çuameni ("Real") və Viktor Osimheni ("Qalatasaray") qabaqlayıb.

Xəbər lenti