IMG-LOGO

"Yuventus" Karlo Pinsolyo ilə müqavilənin müddətini uzadıb

26 Feb 2026 17:19 4 baxış
IMG

İtaliyanın "Yuventus" klubu qapıçısı Karlo Pinsolyo ilə müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

35 yaşlı qolkiperin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

"Yuventus"un yetirməsi olan Karlo Pinsolyo 2010-cu ildən əsas komandanın heyətində yer alır. Bu vaxtadək müxtəlif komandalara icarəyə verilən qapıçı Turin təmsilçisinin heyətində cəmi 6 matça çıxıb.

Xəbər lenti