IMG-LOGO

AFFA İntizam Komitəsi oyuna çıxmayan iki klubu cəzalandırıb

26 Feb 2026 15:30 3 baxış
IMG

AFFA İntizam Komitəsi oyuna çıxmayan iki Region Liqası klubunu cəzalandırıb.

"Report" xəbər verir ki, "Qobu" - "Crystal" oyunu qonaq komandanın təyin edilən vaxtda meydanda olmadığına görə ikincilərə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni aqibəti "Dirçəliş" klubu da yaşayıb. Onlar "Universal Football Academy" kollektivi ilə görüşdə adı protokolda olmayan Ələkbər Əliyevi meydana buraxdıqları üçün 0:3 hesablı texniki məğlubiyyətlə üzləşiblər.

Xəbər lenti