IMG-LOGO

Siçan 15 yaşlı uşağın hədiyyəsini oğurladı - VİDEO

12 Feb 2024 17:57 85 baxış
IMG

Amerikanın Texas ştatının Sautleyk şəhərinin ərazilərindən birində yerli sakinlərin təəccübünə və gülüşünə səbəb olan qeyri-adi oğurluq hadisəsi baş verib. Sakitliyi və rahatlığı ilə tanınan bu şəhərdə sosial şəbəkələrdə diqqət mərkəzinə düşən bir evin ön eyvanındakı mənzərəni veb-kamera lentə alıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, videoda hiyləgərcəsinə eyvana girən siçanın bir qutu ətirli peçenye oğurladığı an qeydə alınıb.

Ailə bu halı səhəri gün, eyvanda yalnız bir paket şəkər tozu qaldıqda aşkar edib. Əsəbləşən və çaşqın halda olan sahiblər baş verənləri anlamaq üçün kamera görüntülərinə baxıblar.

Həmin görüntüləri təqdim edirik:

Mənbə: lent.az

Xəbər lenti