IMG-LOGO

"Real" Kurtuanın yerinə İsveçrə millisinin qolkiperini gətirmək istəyir

26 Feb 2026 13:33 2 baxış
IMG

İspaniyanın "Real" klubu qapıçısı Tibo Kurtuanın yerinə əsas namizədi müəyyən edib.

"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, bu, İsveçrə millisində və Almaniyanın "Borussiya" (Dortmund) komandasında çıxış edən Qreqor Kobeldir.

"Kral klubu" 28 yaşlı qolkiperi heyətinə qatmaq niyyətindədir.

Kurtuanın Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq və sözləşmənin yenilənməsi üçün danışıqlar aparılmır.

Xatırladaq ki, Qreqor Kobel 2021-ci ildən Dortmund klubunun formasını geyinir.

Xəbər lenti