Abşeronda dəhşətli hadisə yaşanıb.
Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə gecə saat 02 radələrində Xırdalan şəhəri, "Kristal Abşeron" yaşayış kompleksində qeydə alınıb.
Orada yaşayan, 2004-cü il təvəllüdlü Nihad Yunus oğlu Vəliyev yaşadığı binanın 13-cü mərtəbəsindən yıxılıb. Xoşbəxtlikdən oğlan sağ qalıb.
Dərhal xəstəxanaya yerləşdirilən N.Vəliyevin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisələr