IMG-LOGO

Bakıda üzərinə kabel barabanı düşən şəxs ölüb

26 Feb 2026 10:29 4 baxış
IMG

Bakıda tikinti şirkətində işləyən şəxs üzərinə elektrik kabel barabanı düşməsi nəticəsində ölüb.

"Report" xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb.

Belə ki, ərazidə yerləşən "Huner Group" MMC-də işləyən Neftçala rayon sakini 1988-ci il təvəllüdlü Ramil Əlisafa oğlu Səfərov üzərinə elektrik barabanının düşməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti