IMG-LOGO

"Qarabağ"ın futbolçusu Kamilo Duran həkimlərin nəzarəti altında müalicə alır

26 Feb 2026 10:53 4 baxış
IMG

"Qarabağ" klubunun zədələnən futbolçusu Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Ağdam təmsilçisindən məlumat verilib.

"UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" ilə cavab oyununda zədələnən Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır. Həkimlər yekun rəy verdikdən sonra ətraflı məlumat veriləcək", - deyə klubdan bildirilib.

Qeyd edək ki, kolumbiyalı oyunçu İngiltərədə 2:3 hesabı ilə məğlub olduqları matçın ikinci hissəsində sıradan çıxıb.

Xəbər lenti