IMG-LOGO

Vinisius Junior ardıcıl beşinci matçda qol vuraraq şəxsi rekordunu təkrarlayıb

26 Feb 2026 09:42 2 baxış
IMG

İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Junior şəxsi rekordunu təkrarlayıb.

"Report" "Opta"ya istinadən xəbər verir ki, 25 yaşlı vinger buna "Benfika"ya qalib gəldikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda fərqlənməklə nail olub.

Braziliyalı oyunçu ardıcıl beşinci rəsmi matçda qol vurub. Vinisius 2022-ci ildə də bu göstəriciyə imza atmışdı.

Qeyd edək ki, "Real" sözügedən görüşdə "Benfika"nı 2:1 hesabı ilə üstələyib.

Xəbər lenti