IMG-LOGO

İngiltərə millisinin futbolçusu "Arsenal"ın tarixinə düşüb

12.02.2024 14:09 64 baxış
IMG

İngiltərə millisinin futbolçusu Bukayo Saka "Arsenal" klubunun tarixinə düşüb.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi buna "Vest Hem"ə 6:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXIV turunun matçında nail olub.

Qarşılaşmada dubl edən Saka "topçular"da vurduğu qolların sayını 51-ə çatdırıb.

Beləliklə, o, 1978-ci ildə Frank Stapletondan sonra London təmsilçisində 50 qol vuran ən gənc futbolçu adına sahib çıxıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti