İspaniyanın "Barselona" klubunun keçmiş futbolçusu və baş məşqçisi Xavi Hernandez Mərakeş millisini çalışdırmağa namizədlər arasındadır.
"Report" "Marca"ya istinadən xəbər verir ki, o, yığmanın sonuncu baş məşqçisi olan Valid Reqraqinin vəzifəsindən ayrılmasından sonra bu posta namizəd göstərilib.
Xavi Mərakeş millisinin baş məşqçisi vəzifəsinə namizəd kimi nəzərdən keçirilir, lakin danışıqlar hələ başlamayıb.
Qeyd edək ki, 2021-2024-cü illərdə "Barselona"nı çalışdırıb.