IMG-LOGO

Azərbaycan cüdoçuları İspaniyada gənclər arasında Avropa Kubokunda mübarizə aparacaqlar

25 Feb 2026 14:49 3 baxış
IMG

Azərbaycan qadın cüdoçuları fevralın 28-dən martın 1-dək İspaniyanın Mostoles şəhərində keçiriləcək gənclər arasında Avropa Kubokunda iştirak edəcəklər.

"Report" xəbər verir ki, Avropa Cüdo Birliyi tərəfindən təşkil olunacaq turnirə Azərbaycanın 3 çəki dərəcəsində 6 cüdoçusu qatılacaq.

Yığmaya qadınlardan ibarət komandanın baş məşqçisi Saşa Herkenrat-Vimar başçılıq edəcək.

Yarışda ümumilikdə 23 ölkəni təmsil edən 532 idmançı medallar uğrunda rəqabət aparacaq.

Heyəti təqdim edirik:

Qızlar

52 kq

Çinarə Sadıqova

Fəridə Mirzəyeva

Aysun Məmmədova

Nuranə Hacızadə

57 kq

Vüsalə Hacıyeva

63 kq

Nilgün Rzayeva

Xəbər lenti