Bakıda arvadını döyən kişi saxlanılıb.
Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.
İttiham aktına görə, 36 yaşlı Seyran Bəkirov (ad və soyad şərtidir) gecə saatlarında evə gəldiyi üçün arvadı ilə aralarında mübahisə yaranıb. Belə ki, qadın ona evə niyə gəldiyini soruşub və bundan sonra tərəflər arasında əvvəlcə sözlü mübahisə yaşanıb. Daha sonra əsəbiləşən Seyran yumruqla bir dəfə arvadının alnına zərbə vurub. Zərbə dəyən yerdə yara əmələ gəlib və qan axıb. Nəticədə yaralı həkimə müraciət etməli olub.
Hadisə ilə bağlı Seyran Bəkirov saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyib. Zərərçəkən qadın isə ərindən şikayətçi olduğunu bildirərək, lakin iki övladının xatirinə ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Seyran Bəkirov 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Arvadını döydü evə gec gəlmək