IMG-LOGO

"Sportinq" ukraynalı hakimlərin davranışından narazı qalaraq UEFA-ya şikayət edib

25 Feb 2026 13:33 3 baxış
IMG

Portuqaliyanın "Sportinq" klubu Ukraynadan olan hakimlərin davranışından UEFA-ya şikayət edib.

"Report" "A Bola"ya istinadən xəbər verir ki, klub futzal üzrə Çempionlar Liqasının 1/4 finalında "Benfika"ya 3:4 hesabı ilə uduzduqları oyundan sonra quruma müraciət ünvanlayıb.

Lissabon təmsilçisi ukraynalı üçüncü hakimlər Yevgeni Qordiyenko və Orest Dutsyakın komandanın rusiyalı futbolçusu İvan Çişkalanın əlini sıxmaqdan imtina etməsindən narazı qalıb.

Qeyd edək ki, İ.Çişkala yanvarda "Sportinq"ə keçib. Rusiyalı oyunçu 2020-2025-ci illərdə "Benfika"da çıxış edib, bu klubla Portuqaliya çempionu və kubokunun qalibi olub.

Xəbər lenti