IMG-LOGO

AFFA rəsmiləri Albaniyada UEFA-nın lisenziyalaşdırma seminarına qatılıblar

25 Feb 2026 14:02 3 baxış
IMG

AFFA rəsmiləri Albaniyanın paytaxtı Tiranada "UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı" mövzusunda regional seminara qatılıblar.

"Report" milli assosiasiyaya istinadən xəbər verir ki, tədbirdə qurumun Lisenziya və Qeydiyyat departamentinin əməkdaşları - departamentin rəisi Seymur Səlimli, Lisenziya şöbəsinin baş mütəxəssisi Aynur Abdullayeva və aparıcı mütəxəssisi Nərmin Sidaliyeva iştirak ediblər.

Seminar zamanı UEFA-nın çoxklublu mülkiyyət tələbləri və onların tətbiqi, Avropa Futbol mühiti, yerli maliyyə monitorinqi, hüquqi qrup strukturu və hesabat perimetri, UEFA həmrəylik mexanizmi və klub lisenziyalaşdırılması müzakirə olunub.

Xəbər lenti