IMG-LOGO

Kasparova YENİ İTTİHAM

25 Feb 2026 12:50 2 baxış
IMG
1 0

Rusiyanın istintaq orqanları dünya çempionu olan şahmatçı Harri Kasparova qarşı cinayət işi açılıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Moskvanın Zamoskvoretski Rayon Məhkəməsinin materiallarında bildirilir.

Məhkəmə sənədlərinə əsasən, Kasparova xarici agentin öhdəliklərini yerinə yetirməməyə dair iki cinayət epizodu üzrə qiyabi ittiham irəli sürülüb. Materiallar əvvəllər başlanmış işlə bir icraatda birləşdirilib.

Həmin sənədlərdən həmçinin məlum olur ki, bu icraat terror fəaliyyətinə açıq çağırışlar, terrorizmin açıq şəkildə əsaslandırılması və ya onun təbliği, o cümlədən KİV yaxud internetdən istifadə etməklə törədilməsi ilə bağlı işlə birləşdirilib. Bu ittiham üzrə Zamoskvoretski Rayon Məhkəməsi 2025-ci ilin dekabr ayının sonunda Kasparov barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçib. O, hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.

Qeyd edək ki, Kasparov Bakı şəhərində doğulub və təhsilini burada alıb. O, Rusiya Federasiyası Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər siyahısına daxil edilib, həmçinin terrorçu və ekstremistlər siyahısına salınıb.

Harri Kasparov dünya çempionu şahmatçı

Xəbər lenti