“Kanzas-Siti Çifs” Şimali Amerika Milli Futbol Liqasının (NFL) final oyunu olan Superboulda overtaymdan sonra “San-Fransisko Forti Nayners” i 25-22 hesabı ilə məğlub edib.
“Report” xəbər verir ki, amerikan futbolunda mövsümün həlledici oyunu Paradayz şəhərindəki “Allegiant Stadium” arenasında (Nevada, ABŞ) baş tutub və onu 72 minə yaxın tamaşaçı izləyib.
Əsas vaxt 19:19 hesabı ilə başa çatıb. “Kanzas-Siti Çifs” tarixdə dördüncü dəfə və ardıcıl ikinci dəfə Superboul qazanıb.
Builki ənənəvi fasilə şousunun mərkəzində müğənni Aşer olub. Superboul yayımı zamanı 30 saniyəlik reklam çarxının maksimum dəyəri 7 milyon dollara çatıb.
Qeyd edək ki, Superboul dünyanın ən cəlbedici idman tədbirlərindən biridir. Təkcə ABŞ-də hər üç amerikalıdan biri onu izləyir.
Bizim Telegram kanalımıza abunə olun