Futbol üzrə İspaniya La Liqasında XXIV turun növbəti oyunları keçirilib.
"Report" xəbər verir ki, “Barselona” “Qranada”nı qəbul edib.
Altı qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib - 3:3.
Turun ötən gün baş tutan oyunlarında "Xetafe" "Selta"nı 3:2, "Malyorka" "Rayo Valyekano"nu 2:1, "Sevilya" isə "Atletiko"nu (Madrid) 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turnir cədvəlinin zirvəsində qərarlaşan "Real Madrid"in 61, ikinci pillədəki "Jirona"nın 56 xalı var. "Barselona" isə 51 xalla üçüncü sırada yer alıb.
Bizim Telegram kanalımıza abunə olun