Fevralın 11-də Futbol üzrə Türkiyə Superliqasında XXV turun növbəti oyunları keçirilib.
"Report" xəbər verir ki, çempionluq mübarizəsi aparan "Fənərbağça" doğma meydanda "Alanyaspor"la 2:2 hesablı heç-heçə edib.
Günün digər oyunlarında "Sivasspor" "Rizəspor"u 1:0, "Qaziantep" "İstanbulspor"u 3:1, "Konyaspor" isə "Ankaragücü"nü 1:0 hesabı ilə məğlub edib.
Bu nəticələrdən sonra "Qalatasaray" 66 xalla turnir cədvəlinə başçılıq edir. "Fənərbağça" 64 xalla 2-ci, 39 xallı "Beşiktaş" 3-cü sıradadır. Rəqibindən bir xal az toplayan "Kasımpaşa" isə dördüncü pillədə qərarlaşıb.
Bizim WhatsApp kanalımıza abunə olun