IMG-LOGO

Şəmkirdə iki maşın toqquşdu: Ölən var

24 Feb 2026 19:52 2 baxış
IMG
3 0

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadənməlumatına görə, hadisə Şəmkir-Gədəbəy yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ2106" ilə "Mitsubishi" markalı minik maşınları toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 73 yaşlı yaralı F.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr

Xəbər lenti