Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə Bakıda adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Nurlan Zərbalıyevin cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.
Lent.az xəbər verir ki, məhkəmə tərkibi N.Zərbalıyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib.
Qeyd edək ki, dövlət ittihamçısı Nurlan Zərbalıyevin təqsirləndirildiyi 228.4-cü maddəsi ilə bağlı cəlbetmə müddəti bitdiyindən və özünü təqsirli bildiyini, qalan digər maddələr üzrə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəmişdi.
Xatırladaq ki, Nurlan Zərbalıyev tanışı Qabil Təhmarovu qəsdən öldürməyə cəhddə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 29,120.2.2; 221.3; 228.4-cü maddələri ilə ittiham irəli sürülüb.
Hadisələr