IMG-LOGO

İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədilər, 2 nəfər saxlanıldı

24 Feb 2026 11:10 4 baxış
IMG
0 0

İrandan Azərbaycana PUA vasitəsilə narkotik keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə pilotsuz uçuş aparatı (PUA) səsi eşidilib, bir qədər sonra isə həmin istiqamətdə hərəkət edən 2 nəfər naməlum şəxs müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşları 33 yaşlı Mərdanov Natiq Vahid oğlu və 31 yaşlı Mahmudov Elşən Arif oğlu şübhəli şəxs qismində saxlanılıb.

İlkin dindirilmə zamanı saxlanılan şəxslər İran İslam Respublikası ərazisindən PUA vasitəsilə atılan 10 kiloqram 224 qram narkotiki götürmək məqsədilə gəldiklərini etiraf ediblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hadisələr PUA ilə narkotik

Xəbər lenti