Gəncədə zəhərlənmə hadisəsi qeydə alınıb. Lent.az xəbər verir ki, şəhər sakini, 1999-cu il təvəllüdlü R. Ələsgərov tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata əsasən, 27 yaşlı gənc ocaq tüstüsündən zəhərlənib. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
gəncə zəhərlənmə