IMG-LOGO

Daha bir badmintonçumuz Bakıdakı turnirin 1/4 finalında mübarizəni dayandırıb

10.02.2024 19:38 59 baxış
IMG

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Bakıda keçirilən "Azerbaijan International 2024" turnirində 1/4 finalda mübarizəni dayandırıb.

“Report” xəbər verir ki, Keişa yarımfinala yüksəlmək uğrunda keçirilən oyunda hindistanlı Anupama Upadhyayaya 0:2 (7-21, 18-21) hesabı ilə uduzub.

Qeyd edək ki, daha əvvəl badmintonçumuz Edi Reski Dviçayo da "Azerbaijan International 2024" turnirinin 1/4 finalında mübarizəni dayandırıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti