IMG-LOGO

Sumqayıtda 17 yaşlı qız faciəvi şəkildə öldü

24 Feb 2026 00:11 2 baxış
IMG
0 0

Sumqayıtda yeniyetmə qız faciəvi şəkildə ölüb.

Lent.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə 45-ci məhəllə adlanan ərazidə, 14 mərtəbəli yaşayış binasında baş verib.

İlkin ehtimallara görə, 17 yaşlı Şəms binanın yüksək mərtəbəsindən yıxılaraq həyatını itirib.

Məlumata görə, o, Sumqayıt Şəhər 13 saylı məktəbdə təhsil alırmış.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

sumqayıt

Xəbər lenti