IMG-LOGO

Cəlilabadda FACİƏ: gənc oğlan kimyəvi məhluldan zəhərlənib ÖLDÜ

23 Feb 2026 17:53 3 baxış
IMG
1 0

Cəlilabadda gənc oğlan zəhərlənərək ölüb. 

Lent.az xəbər verir ki, hadisə Göytəpə şəhərində qeydə alınıb. 

Şəhər sakini, 1994-cü il təvəllüdlü Pərviz Ədalət oğlu Ağayev zəhərlənmə ilə xəstəxanaya daxil olub və orada ölüb.

Onun rayonu kimyəvi məhluldan zəhərləndiyi bildirilir.  

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Hadisələr

Xəbər lenti