Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə adam oğurluğunda təqsirləndirilənlər - Ağa Tarverdiyev, Nurlan Zeynalov, Ruslan Məmmədov, Fazil Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.
Lent.az xəbər verir ki, dövlət ittihamçısı çıxışında Ağa Tarverdiyevin 12 il, 6 ay, Nurlan Zeynalovun 13 il, Fazil Hacıyevin 12 il, Ruslan Məmmədovun 12 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Müdafiə vəkilləri çıxış üçün vaxt istəyiblər.
Növbəti proses martın 2-nə təyin olunub.
Xatırladaq ki, iş materiallarına əsasən Ağa Tarverdiyev digər müttəhimlərlə əlbir olaraq yetkinlik yaşına çatmayan şəxsi oğurlayıb, qanunsuz girov saxlamaqla, azad edilməsi müqabilində yaxınlarından pul tələb ediblər.
Onlara qarşı Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama) maddəlləri ilə ittiham irəli sürülüb.
Hadisələr