“Şahdağ” Turizm Mərkəzi Beynəlxalq Xizək Federasiyası tərəfindən burada beynəlxalq yarışların keçirilməsi üçün 3 sertifikat alıb”.
Bu sözləri "Report"un Şimal bürosuna açıqlamasında Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova “Heydər Əliyev Kuboku”nun açılış mərasimində bildirib.
"Bütün bunlar Azərbaycanda qış idman mədəniyyətinin yaranmasına kömək edəcək. Bundan əlavə, ötən il paytaxtda fiqurlu konkisürmə üzrə Buz Arenası açıldı. Yeniyetmə idmançımız Səbinə Əliyeva Türkiyədə keçirilən yarışda ikinci yerə layiq görülüb. Digər idmançımız Viladimir Litvintsev martın sonunda Kanada da keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək. Xizək Alpinizmi üzrə komandamız yanvardan etibarən yarışlarda iştirak edirlər. Milli komandamiz yerli idmançılardan ibarətdir. Onlar Türkiyənin Rize şəhərində keçiriləcək yarışda öz bacarıqlarını nümayiş etdirəcəklər. Həmçinin, yeniyetmə idmançılardan ibarət komandamız Almaniyada keçiriləcək Dünya kubokunda yarışacaq”, - deyə federasiya rəsmisi vurğulayıb.
Bizim Telegram kanalımıza abunə olun