IMG-LOGO

"Partizan"ın baş məşqçisi postundan qovulub

23 Feb 2026 16:17 2 baxış
IMG

Serbiyanın "Partizan" klubu baş məşqçisi Nenad Stoyakoviçin istefaya göndərildiyini elan edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssis "Srvena Zvezda"ya məğlubiyyətdən (0:3) sonra vəzifəsindən uzaqlaşdırılıb.

Komandada baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq Damir Çakara həvalə edilib.

Qeyd edək ki, "Partizan" hazırda 24 turdan sonra 2-ci pillədə qərarlaşıb və lider "Srvena Zvezda"dan 4 xal geri qalır.

Xəbər lenti