IMG-LOGO

Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirindəki sonuncu oyununda məğlub olub

23 Feb 2026 15:21 3 baxış
IMG

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində sonuncu oyuna çıxıb.

"Report"un məlumatına görə, yığma 5-ci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş rəqibin qələbəsi ilə bitib - 1:0.

Xatırladaq ki, U-18 daha əvvəl keçirdiyi matçlarda Rusiya (1:7) və Özbəkistana (1:3) məğlub olub, Belarusa qalib gəlib - 1:0.

Xəbər lenti