IMG-LOGO

Sələmçini 23 dəfə bıçaqlamışdı – Bu gün HÖKM OXUNDU

23 Feb 2026 15:09 3 baxış
IMG
0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Aygün Qurbanovanın sədrliyi ilə Bakıda sələmçini xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işi üzrə məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Lent.az xəbər verir ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 19 il azadlıqdan məhrum olunmasını istəyib.

Qısa müşavirədən sonra məhkəmə tərkibi  E. Vəliyevin 17 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.

Xatırladaq ki, hadisə 2025-ci il sentyabrın 5-də Bakıda baş verib. Sələmçilik fəaliyyəti ilə məşğul olan Təravət Cəfərxanovanın Elçin Vəliyev tərəfindən 23 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub. İstintaqla o da müəyyən edilib ki, Elçin Vəliyev Təravət Cəfərxanovadan sələmə götürdüyü külli miqdarda pulu geri qaytarmamaq üçün hadisəni törədib.

Faktla bağlı cinayət məcəlləsinin 120.2.4 maddəsi ilə cinayət işi başladılıb.

Hadisələr

Xəbər lenti