"Qarabağ"ın futbolçusu Sami Mmae idman intizamını pozduğu üçün əvəzedici heyətə göndərilib.
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la (İngiltərə) cavab matçından öncə Bakıdakı mətbuat konfransında deyib.
O, mərakeşli müdafiəçinin hazır olmadığını da söyləyib:
"Hazır olanları heyətə salacağıq. Mmae idman intizamını pozduğu üçün əvəzedici heyətə göndərilib. Bəzən bu addımları atmaq lazımdır. Amma qaydalar çərçivəsində bunu həyata keçirmək lazımdır".
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıdakı ilk qarşılaşmada qonaqlar 6:1 hesabı ilə üstün olub.