Raul Ximenes İngiltərə Premyer Liqasında penaltidən fərqlənmək üzrə rekord müəyyənləşdirib.
"Report" "Opta"ya istinadən xəbər verir ki, "Fulhem"in hücumçusu XVII turun "Sanderlend"lə səfər matçında (3:1) dubl edib və qollardan birini penaltidən vurub.
Bununla da 34 yaşlı meksikalı futbolçu çempionat tarixində 100 faizli göstərici ilə ən çox penalti vuran (13-dən 13) oyunçu olub.
O, 12 fərqli qapıçını dəqiq zərbə ilə məyus edib. Ximenes fevralın əvvəlində Yaya Turenin 11 cəhddən 11 qol rekordunu yeniləmişdi.
Qeyd edək ki, R.Ximenes 2025/2026 mövsümündə keçirdiyi 32 matçda 9 qol vurub və 2 məhsuldar ötürmə edib.